Baş Prokuror Kamran Əliyev 3 ölkənin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hüquqi və institusional islahatlar, xüsusilə şəffaflıq, hesabatlılıq və korrupsiyaya qarşı mübarizə sahəsində atılan məqsədyönlü addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Bu kontekstdə Azərbaycan Prokurorluğu beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin təşviqi istiqamətində fəal siyasət həyata keçirir.
Ekologiya.az bildirir ki, Baş prokurorurluqdan verilən məlumata görə, 19–23 may tarixlərində Bakı şəhərində keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) Altıncı Plenar İclası və İdarəetmə Komitəsinin Onuncu Görüşü çərçivəsində, mayın 20-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bir sıra ölkələrin hüquq-mühafizə orqanlarını təmsil edən nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.