CƏMİYYƏT
“İnsan Hüquqları Aylığı” çərçivəsində növbəti maarifləndirici görüşlər keçirilib
Regional Ekologiya və Təbii Sərvətlər İdarələri tərəfindən Sumqayıt şəhəri, Bərdə, Lerik, Tovuz, Zaqatala rayonlarındakı məktəblərdə “İnsan hüquqları və ətraf mühit” mövzusunda maarifləndirici görüşlər təşkil olunub.
Görüş çərçivəsində şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş sağlam ətraf mühitdə yaşamaq hüququ barədə məlumatlar verilib, eyni zamanda ətraf mühitin mühafizəsi haqqında qanun, bu qanundan irəli gələn hüquq və vəzifələr, o cümlədən ətraf mühitə zərər vurulması ilə bağlı tətbiq olunan cəza tədbirləri izah edilib, uşaqları maraqlandıran suallar cavablandırılıb.