Tam versiya
Ana səhifə CƏMİYYƏT ETSN-nin əməkdaşlarının peşə bayramı münasibətilə Xaçmazda tədbir keçirilib - FOTO
CƏMİYYƏT

ETSN-nin əməkdaşlarının peşə bayramı münasibətilə Xaçmazda tədbir keçirilib - FOTO


Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının peşə bayramı münasibətilə Xaçmazda tədbir keçirilib. İlk öncə 5 saylı RETSİ-nin rəisi E.Cəlilov tərəfindən mərkəzdə əmakdaşlarla birgə Vətən uğrunda canında keçmiş Şəhidlər bir dəqiqəlik sükutla yad edilib.

Ekologiya.az bildirir  ki, peşə bayramı münasibətilə 5 saylı RETSİ-nin kollektivi,  Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyəti, eləcə də 5 saylı RMTM-nin, Samur-Yalama Milli Parkının əməkdaşlarının iştirakı ilə Xaçmaz şəhərində, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gülqoyma mərasimi keçirilmiş və Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, 5 saylı RETSİ-nin rəisi Elnur Cəlilov və digər rəhbər şəxslər əməkdaşları peşə bayramı münasibətilə təbrik edilib və  xatirə şəkilləri çəkilib.  


Paylaş:
Tam mətni oxu →