Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçiləri peşə bayramını qeyd ediblər - FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi peşə bayramını silsilə tədbirlərlə qeyd edib.
Ekologiya.az bildirir ki, tədbirlər Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin anılması ilə başlayıb. Nazirliyin kollektivi Ulu Öndərin məzarını ziyarət edib, önünə əklil qoyaraq dərin ehtiramlarını ifadə ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət olunub, məzarı üzərinə gül dəstələri qoyulub.