Tam versiya
Ana səhifə CƏMİYYƏT Bu həftədən bayram tətili başlayır
CƏMİYYƏT

Bu həftədən bayram tətili başlayır


Azərbaycanda bu həftədən etibarən bayram tətili başlayır. 

İş vaxtı norması və istehsalat təqviminə əsasən, iyunun 6 və 7-si Qurban bayramı, 15-i Milli Qurtuluş Günü, 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. 

İyunun 7-si şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarlarına əsasən, beşgünlük iş həftəsində 9 iyunda da iş olmayacaq. Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl - 6, 7, 8, 9 iyun tarixləri istirahət günləridir.

Həmçinin iyunun 15-i bazar gününə təsadüf etdiyindən 16 iyun da qeyri-iş günü olacaq.

Qeyd edək ki, bu ay şənbə və bazar günləri də daxil olmaqla, 13 gün qeyri-iş günüdür. Ekologiya.az

Paylaş:
Tam mətni oxu →