• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda avtobusda MÜBAHİSƏ: “Salaram səni təpiyimin altına” - VIDEO

    05

    iyn

    Bakıda avtobusda MÜBAHİSƏ: “Salaram səni təpiyimin altına” - VIDEO

    Ötən gecə Biləcəridə sərxoş sərnişinin avtobusda yaratdığı insidentin bəzi təfərrüatları üzə çıxıb.

    Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq "Üç qardaş" MMC-dən məlumat verilib.

    Bildirilib ki, sərxoş sərnişin avtobusa "Mərəzə pasyolkası" adlanan ərazidən minib. Sürücüyə pul verib. Sürücü isə pulu götürməyib. Bu səbəbdən aralarında münaqişə başlayıb:

    "Sonra kənardan bir sərnişin həmin adamin yerinə kart vurub və pul almayıb. Bundan sonra həmin sərnişin (içkili olan) sürücünü təhqir edib. Digər sərnişinlərin müdaxiləsindən sonra içkili sərnişin sakitləşib", - deyə məlumatda qeyd olunub.

    Tarix : 5-06-2025, 20:16 | Oxunub: 608