• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xüsusi mühafizə olunan təbiət ərazisində “Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlim keçirilib

    13

    iyn

    Xüsusi mühafizə olunan təbiət ərazisində “Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlim keçirilib

    Yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə Türyançay Dövlət Təbiət Qoruğunda FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının, qoruqla həmsərhəd kəndlərdə yaşayan sakinlərin iştirakı ilə “Yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.

    Təlimdə yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.Ekologiya.az

    Tarix : 13-06-2025, 14:40 | Oxunub: 1 784