• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Kürdəmirdə yolda hərəkətin təhlükəsizliyini pozmaq cəhdinin qarşısı alınıb

    17

    iyn

    Kürdəmirdə yolda hərəkətin təhlükəsizliyini pozmaq cəhdinin qarşısı alınıb

    Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində bir qrup şəxsin yolun intensiv hərəkət olan hissəsində təhlükəli küçə ticarəti fəaliyyətinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ekologiya.az-a bildirilib ki, həmin şəxslərlə qanunvericiliyə uyğun olaraq profilaktik iş, izahedici söhbətlər aparılmaqla, avtomobil yolunda həmin əməlin insan həyatı və sağlamlığı üçün təhlükəli olması onların diqqətinə çatdırılıb.

    Respublika əhəmiyyətli avtomobil yollarında qanunsuz ticarət fəaliyyəti hərəkətdə olan sürücülərin, sərnişinlərin də həyat və sağlamlığı üçün təhdid yaradan təhlükədir, qəza riskini artırır. Küçə ticarəti yalnız müəyyən olunan yerlərdə və qaydalara uyğun şəkildə həyata keçirilməlidir. 

    Tarix : 17-06-2025, 11:22 | Oxunub: 2 112