• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DİN-dən XƏBƏRDARLIQ: Bu qaydanı pozanlar sərt cəzalandırılacaq - VİDEO

    18

    iyn

    DİN-dən XƏBƏRDARLIQ: Bu qaydanı pozanlar sərt cəzalandırılacaq - VİDEO

    Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirləri davam etdirilir.

    Bu barədə Ekologiya.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

    Məlumatda qeyd edilir ki, vətəndaşların haqlı narazılığına səbəb olan bu cür hallar aşkar olunduqda ərazi polis orqanında tədbirlər görülür.

    Həmçinin, gecə saat 00:00-dan sonra yaşayış məntəqələrindəki yollarda hərəkətdə olan zaman avtomobildə yüksək səslə musiqiyə qulaq asmaq, tez-tez səs siqnalından istifadə etmək də qanunla qadağandır. Bu cür hallara yol verilməsi ictimai asayiş pozuntusudur və nəqliyyat vasitəsinin saxlanılmasına qanuni əsas yaradır.

    "Bir daha qeyd edək ki, məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Xəbərdarlıqlara baxmayaraq belə hallara təkrar yol verən şəxslər barəsində daha sərt tədbirlərin görüləcəyi nəzərdə tutulur", - DİN-dən bildirilib.

    Tarix : 18-06-2025, 19:30 | Oxunub: 168