Ana səhifə›
CƏMİYYƏT
›
Qubada yol qəzasında ölən bacıların kimliyi məlum olub
CƏMİYYƏT
Qubada yol qəzasında ölən bacıların kimliyi məlum olub
Ekologiya
AMP
Qubada baş verən yol qəzasında ölən və yaralıların kimliyi məlum olub.“Report”un Şimal bürosunun məlumatına görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonu Qaraçay kəndi ərazisindən keçən hissəsində "Hyundai" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Baxışova Ədalət Tofiq qızı və onun bacısı 1974-cü il təvəllüdlü Dənyarova Validə Tofiq qızı hadisə yerində ölüblər.Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 1995-ci il təvəllüdlü Taleh Sərkərov və 1970-ci il təvəllüdlü Rahim Baxışov ağır vəziyyətdə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.Faktla bağlı araşdırma aparılır.