Tam versiya
Ana səhifə CƏMİYYƏT Son aylarda ölkədə qızılca xəstəliyi qeydə alınmayıb - RƏSMİ
CƏMİYYƏT

Son aylarda ölkədə qızılca xəstəliyi qeydə alınmayıb - RƏSMİ


Ötən ilin bu dövründə ölkə ərazisində qızılca ilə bağlı risklər davam edirdi. Zaman-zaman uşaqlarla yanaşı, böyüklər də bu xəstəliyə yoluxurdu.

Hazırda ölkə ərazisində qızılca və suçiçəyi ilə bağlı faktiki vəziyyət necədir?

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, son aylarda ölkə ərazisində qızılca xəstəliyi qeydə alınmayıb.


Qeyd edilib ki, qızılcaya qarşı profilaktik tədbirlər çərçivəsində müalicə-profilaktika müəssisələrində peyvəndləmə işləri davam etdirilir.

"Bununla yanaşı, ötən ilin eyni dövrü ilə müqayisədə, suçiçəyi xəstəliyinə yoluxma hallarında azalma müşahidə olunur", - mərkəzdən bildirilib.

Paylaş:
Tam mətni oxu →