Tam versiya
Ana səhifə CƏMİYYƏT Hava bu tarixdədək qeyri-sabit keçəcək
CƏMİYYƏT

Hava bu tarixdədək qeyri-sabit keçəcək


Azərbaycanda iyul ayında qeyri-sabit hava şəraiti hökm sürür. Ölkə ərazisində sərin və küləkli hava müşahidə olunur. Bəs hava şəraiti nə vaxt normallaşacaq?

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ilk ongünlüyünün sonlarınadək ölkədə hava əsasən mülayim olacaq. Bəzi bölgələrdə arabir yağış yağacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi ərazilərdə isə qısamüddətli leysan və dolu ehtimalı var.

Qeyd olunub ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il temperaturun 3-8 dərəcə aşağı olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında 30-33, bölgələrdə isə 35 dərəcəyədək isti hava müşahidə oluna bilər.

Paylaş:
Tam mətni oxu →