• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycan sərhədində müharibə TƏHLÜKƏSİ YARANDI: Təcili toplantı, bu gün qərar VERİLƏCƏK

    08

    iyl

    Azərbaycan sərhədində müharibə TƏHLÜKƏSİ YARANDI: Təcili toplantı, bu gün qərar VERİLƏCƏK

    ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı sərt mövqe nümayiş etdirib. O, son çıxışlarından birində bəyan edib ki, əgər İran nüvə arsenalını yeniləməyə və genişləndirməyə davam edərsə, ABŞ buna dözümlü yanaşmayacaq və mümkün hərbi müdaxilə istisna olunmur. Tramp bildirib ki, İran bu cür addımlar atmağa cəsarət etmirdi və ABŞ-ın sərt siyasəti nəticəsində Tehran çəkindirici təzyiq altında saxlanılırdı. O bildirib ki, əgər Tehran nüvə arsenalını yeniləməyə və genişləndirməyə davam edərsə, ABŞ buna cavab olaraq yenidən hərbi müdaxilə variantını gündəmə gətirə bilər.

    Qeyd edək ki, bu gün - iyulun 8-də İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampla görüşü baş tutub. Bu görüşdə bir sıra mühüm qərarların veriləcəyi gözlənilir. 

    Maraqlıdır, İranın nüvə obyektlərini yenidən bərpa etməsi fonunda yeni bir müharibə başlaya bilərmi?

    Məsələ ilə bağlı sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov News24.az-a açıqlamasında bildirib ki, son dövrlər ABŞ-İran münasibətlərində müəyyən yumşalma əlamətləri müşahidə olunur, lakin bu proses hələlik kövrək və qeyri-müəyyəndir:

    “Tramp belə bir açıqlama verdi ki, mən İrana qarşı sanksiyaların götürülməsini istəyirəm. O açıq şəkildə dedi ki, əgər İran bəzi şərtləri yerinə yetirsə, sanksiyalar ləğv oluna bilər. Bu, Vaşinqtonun mesajıdır ki, danışıqlara açıqdırlar. Yeni seçilmiş prezident Məsud Pezeşkian Qərblə dialoqun tərəfdarı olduğunu bildirib. Lakin İranın ali lideri Ayətullah Əli Xamenei bu yanaşmaya qarşı çıxır. Əsas problem məhz Xamenei və onun ətrafıdır. ABŞ və İsrailin də əsas hədəfi məhz bu çevrədir”.

    Zülfüqarov hazırda genişmiqyaslı hərbi münaqişə ehtimalını real hesab etmir. Onun fikrincə, tərəflər arasında danışıqların başlaması daha inandırıcı görünür:

    “Hazırda yeni müharibə real görünmür. Əksinə, danışıqların başlaması ehtimalı yüksəkdir. Əgər bu danışıqlarda Tehran yenidən əvvəlki kimi güzəştə getsə, o zaman ABŞ və İsrailin yeni hücumlarının şahidi ola bilərik. Amma bu dəfəki zərbələr daha dağıdıcı olacaq,” – deyə sabiq XİN bildirib.

    Tarix : Bu gün, 15:20 | Oxunub: 2 296