Bakının Xətai rayonunda çalışan bir qrup dalandar (süpürgəçi) etirazını bildirib.
Bel ki,Xətai rayonu ərazisində təmizlik işlərində çalışan bir qrup süpürgəçi qadın bildirib ki,onların maaşları bu aydan kəsilib.Şikayətçilər bunun hansı səbəbdən baş verdiyini bilmədiklərini deyirlər.
Etirazını bildirən qadınlar onu da bildiriblər ki, rayon ərazisində demək olar ki,bütün işlər onlara gördürülür.
"Bizim maaşlar 750 manatdır.Dedilər ki,bu aydan 500 manat alacağıq.Bunun səbəbi nədir?Bu qədər haqsızlıq olar?Süpürgəçinin puluna göz dikən məmur kimdir?JEK-in bütün işini biz görürük.Kişi işlərinə də gedirik.Buna baxmayaraq pulumuzu kəsirlər",-deyə etiraz edən qadınlar bildirib.
Daha ətraflı videonu təqdim edirik:
Ekologiya.az. bildirir ki, Oxu24.com məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb.