• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DYP skuter, moped və velosiped sürücülərinə çağırış edir

    09

    iyl

    DYP skuter, moped və velosiped sürücülərinə çağırış edir

    Bakı şəhərində Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər çərçivəsində 278 skuter, moped və velosiped sürücüsü ilə izahedici söhbətlər aparılıb.

    Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, tədbirin məqsədi bu nəqliyyat vasitələrindən istifadə edən şəxslərin yol hərəkəti qaydalarına əməl olunmasına təşviq edilməsi, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunmasıdır.

    Söhbətlər zamanı xüsusilə vurğulanıb ki, səssiz və sürətli hərəkət bu nəqliyyat vasitələrini piyadalar üçün riskli edir. Ona görə də vətəndaşlar velosiped zolaqlarından düzgün istifadə etməli, piyada səkilərində sürməkdən çəkinməli, qoruyucu dəbilqə və digər təhlükəsizlik vasitələrindən istifadəyə diqqətlə yanaşmalıdırlar.

    “DYP bir daha bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli olmağa, qaydalara riayət etməyə və təhlükəsizliyi ön planda tutmağa çağırır”, - deyə məlumatda bildirilir.

    Tarix : Dünən, 12:10 | Oxunub: 200