Qarabağa səfər şərtləri yumşaldıldı: Bölgədə yerli turizm üçün hansı imkanlar açılacaq?
Bu sözləri
O bildirib ki, zaman keçdikcə turizmin inkişafı həmin bölgələrdə daha da sürətlənəcək:
"Səfər zamanı xüsusi icazələrin 5 günə qaldırılması bölgədə xüsusən yay mövsümü üçün nəzərə çarpacaq dərəcədə müsbət effekt verəcək.
Yay ayları turizm sektorunda yüksək sezon olduğuna görə bölgədə əsas çatışmazlıq yerləşmə ilə bağlıdır. Çünki həmin ərazilərdə yaradılan azsaylı otellər və kirayə verilən gündəlik şəxsi evlər bəzən tələbatı qarşılamır. Bu xüsusilə həftə sonları və bayram günlərində özünü daha qabarıq biruzə verir".
Onun sözlərinə görə, zaman keçdikcə açılacaq yeni otellər və ərazilərə qayıdacaq köçkünlərdən sonra bu hal nisbətən aradan qalxacaq:
"Digər bir məsələ bölgəyə xarici turistlərin təşviqidir. Əvvəldə vurğuladığım kimi yerləşmə hələlik yerli bazarı ödədiyi üçün və digər siyasi amillərə bağlı olaraq hələlik əcnəbi turistlərin kütləvi qəbulu məqbul sayılmır. Bu məsələlərin növbəti illərdə həllini görəcəyimizə ümid edirəm".