Ana səhifə›
CƏMİYYƏT
›
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
CƏMİYYƏT
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
Ekologiya
AMP
Bu il altı ayı ərzində xüsusilə ağır cinayətlər törətmiş 103 kriminal qrup zərərsizləşdirilib.Ekologiya.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 6 ayın yekunları ilə bağlı keçirilən kollegiya iclasında deyilib.Bildirilib ki, mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 305, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 82 nəfər cinayət məsuliyyətinə cəlb edilib.Qeyri-leqal dövriyyədən 2 ton 958 kiloqram narkotik vasitə çıxarılıb və 151 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.