• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib - FOTO

    13

    iyl

    İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib - FOTO


    İsti hava şəraiti ilə əlaqədar vətəndaşların çimərliklərə, istirahət zonalarına kütləvi hərəkəti nəzərə alınaraq polis əməkdaşlarının fasiləsiz xidməti davam etdirilir.

    Ekologiya.az=ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı məqsədilə DİN tərəfindən xidmət təşkil olunub. Xidmətə əlavə canlı qüvvə və xidməti avtomobillər cəlb edilib.
    Respublikanın bütün turizm zonalarına — çimərliklərə, su hövzələrinə və digər istiqamətlər üzrə hərəkətin fasiləsizliyi təmin olunmaqla naryad qrupları ərazilərə təhkim olunub.
    Köməyə ehtiyacı olan şəxslərə çağırışılar üzrə operativ köməkliklər göstərilir.

    Tarix : 13-07-2025, 13:20 | Oxunub: 2 168