• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ - Partlayış olacaq

    14

    iyl

    Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ - Partlayış olacaq

    Pirəkəşküldə 14-18 iyul tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

     

    Bu barədə Ekologiya.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

     

    Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək:

     

    "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

    Tarix : 14-07-2025, 14:30 | Oxunub: 1 272