• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DİN ikitəkərli nəqliyyat vasitələri ilə bağlı nəzarət və profilaktik tədbirləri davam etdirir

    15

    iyl

    DİN ikitəkərli nəqliyyat vasitələri ilə bağlı nəzarət və profilaktik tədbirləri davam etdirir

    Polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirləri davam etdirir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, bu çərçivədə yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan və təhlükəli manevrlər edən sürücülər müəyyən olunur, onlarla maarifləndirici söhbətlər aparılır.

    Sürücülərə qanunvericiliyin tələbləri izah edilir, qayda pozuntularının digər hərəkət iştirakçıları üçün yaratdığı təhlükələr diqqətə çatdırılır. Eyni zamanda, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxslər barəsində ciddi intizam tədbirləri görülür.


    Məlumatda həmçinin qeyd olunur ki, "bir daha hər bir yol hərəkəti iştirakçısını diqqətli olmağa və qaydalara riayət etməyə çağırırıq".


    Tarix : 15-07-2025, 09:34 | Oxunub: 1 216