Tam versiya
Ana səhifə CƏMİYYƏT Nömrəsiz “VAZ”la “sağ-sol” edib təhlükə yaradan sürücü - 10-ML-968 - VİDEO
CƏMİYYƏT

Nömrəsiz “VAZ”la “sağ-sol” edib təhlükə yaradan sürücü - 10-ML-968 - VİDEO


Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün videoları “TikTok” sosial platformasında paylaşılıb.

Ekologiya.az-ın məlumatına görə, 10-ML-968 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Belə ki, Qobustan qəsəbəsi ərazisində qeydə alınmış görüntüdə sürücü “sağ-sol” edərək “şou” göstərib. Digər kadrda isə o, avtomobili dövlət nömrə nişanı olmadan idarə edib. Qayda pozan sürücü maşının konstruksiyasına da müdaxilə edərək arxa yayları kəsərək ön hissəsini qaldırıb. Avtosfer.az



Paylaş:
Tam mətni oxu →