• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda 162 nəfər qidadan zəhərlənib

    16

    iyl

    Azərbaycanda 162 nəfər qidadan zəhərlənib

    İlin ilk yarısında Azərbaycanda ümumilikdə 25 qida zəhərlənməsi hadisəsi baş verib.

    Bu barədə musavat.com-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib. 

    Agentliyin məlumatına görə, zəhərlənmə hadisələrində ümumi 162 zərərçəkən olub:

    “Təsdiqlənmiş qida zəhərlənmələrindən 15-i məişət zəminində, 10-u ictimai iaşə müəssisələrində baş verib. Baş verən hadisələrə əsas səbəb sanitar-gigiyenik qaydalara riayət edilmədən məhsulun hazırlanması və istehlakıdır”.

    AQTA-dan bildiriblər ki, hesabat dövrü ərzində qida zəhərlənməsi diaqnozu ilə ölüm hadisəsi qeydə alınmayıb.

    Tarix : 16-07-2025, 09:25 | Oxunub: 1 504