Tam versiya
Ana səhifə CƏMİYYƏT Tovuzun bir sıra kəndlərində elektrik təsərrüfatı yenilənir
CƏMİYYƏT

Tovuzun bir sıra kəndlərində elektrik təsərrüfatı yenilənir


Tovuzun Göyəbaxan və Aşağı Quşçu kəndlərinin köhnəlmiş elektrik şəbəkələri yenidən qurulur.

“Azərişıq” ASC-dən AZƏRTAC-a bildiriblər ki, Göyəbaxan kəndində istismar müddətini başa vurmuş dayaqlar və elektrik xətləri, eləcə də sayğaclar yeniləri ilə əvəz olunub. Həmçinin kənddə müasir tipli 2 Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb.

Aşağı Quşçu kəndində yerləşən Qaradaş yaşayış massivinin elektrik təsərrüfatının yenilənməsi məqsədilə 0,4 kV-luq müasir tipli kompozit dayaqlar basdırılır, köhnə elektrik xətlərinin əvəzinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir, sayğaclar yenilənir. Əhalinin elektrik enerjisinə artan tələbatı nəzərə alınaraq yaşayış massivində 4 yeni güc mərkəzinin quraşdırılması nəzərdə tutulub. Rayonun Çobansığnaq, Nəmxoş və Sarıtala kəndinin də elektrik şəbəkəsi yenilənəcək.

Paylaş:
Tam mətni oxu →