Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib
İyulun 17-də Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.
Ekologiya.az müşavirəni giriş nitqi ilə açan Nazim Rəcəbov bildirib ki, hesabat dövründə Prezident cənab İlham Əliyevin siyasi kursunun əsas prioritetlərindən biri kimi korrupsiyaya qarşı mübarizə tədbirləri daha da gücləndirilmişdir.
Bu sahədə ölkədə iqtisadiyyatın liberallaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin şəffaf və sağlam əsaslarla qurulması istiqamətində ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilmişdir.