Tam versiya
Ana səhifə CƏMİYYƏT Biləsuvar sakini buzlu yolda yıxılaraq ölüb
CƏMİYYƏT

Biləsuvar sakini buzlu yolda yıxılaraq ölüb


Biləsuvar rayon sakini buzlu yolda yıxılaraq dünyasını dəyişib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Məlumata görə, Biləsuvar şəhər sakini, 1958-ci il təvəllüdlü Cəmil Rəhimov piyada yolunda hərəkət edərkən buzlu yolda sürüşərək yıxılıb.

Baş nahiyəsindən ağır xəsarət alan C.Rəhimov xəstəxanaya çatdırılarkən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Tam mətni oxu →