Tam versiya
Ana səhifə CƏMİYYƏT Ağdaş və Göyçay sakinlərindən qanunsuz silahlar götürülüb
CƏMİYYƏT

Ağdaş və Göyçay sakinlərindən qanunsuz silahlar götürülüb


Polis əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, Ağdaş və Göyçay Rayon Polis Şöbələrinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı sakinlərdən 2 sənədsiz ov tüfəngi aşkarlanaraq götürülüb.

Bu istiqamətdə əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

Paylaş:
Tam mətni oxu →