Tam versiya
Ana səhifə CƏMİYYƏT Quş qripi ilə əlaqədar bəzi ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb
CƏMİYYƏT

Quş qripi ilə əlaqədar bəzi ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb


Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Kaliforniya, Cənubi Dakota, Viskonsin və Kolorado ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, həmin ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.

Bununla əlaqədar respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə AQTA tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub

Paylaş:
Tam mətni oxu →