• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xəzərin Şüvəlan sahili tullantılardan təmizlənib

    30

    iyl

    Xəzərin Şüvəlan sahili tullantılardan təmizlənib

    Ətraf mühitin mühafizəsinə töhfə vermək, cəmiyyətdə ekoloji məsuliyyəti artırmaq və ictimai iştirakçılığı təşviq etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyini təşkilatçılığı ilə keçirilən "Təmiz ölkəm" təmizlik aksiyası növbəti dəfə Xəzər dənizinin Şüvəlan sahilində təşkil olunub.

    Nazirliyin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, “Neqsol” şirkətinin nümayəndələrinin və könüllülərin iştirak etdiyi aksiya zamanı iştirakçılar ümumilikdə 450 kiloqramdan artıq tullantını sahil zolağından təmizləyiblər.

    Qeyd edək ki, ekoloji şüurun artırılmasına yönəlmiş təmizlik aksiyaları mövsüm boyu Bakıda və regionlarda hər həftə davam etdiriləcək.

    Tarix : 30-07-2025, 19:47 | Oxunub: 2 216