Tam versiya
Ana səhifə CƏMİYYƏT Abşeron dairəvi marşrutunda yenilik - Başlanıldı
CƏMİYYƏT

Abşeron dairəvi marşrutunda yenilik - Başlanıldı


"Azərbaycan Dəmir Yolları" QSC Abşeron dairəvi dəmiryol marşrutu üzrə Dərnəgül stansiyasının tikintisinə başlayıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Layihə çərçivəsində stansiyada 4 ədəd platforma, 2 ədəd turniket binası inşa olunacaq.

Tikinti işlərinin 2025-ci ilin sonlarında başa çatdırılması planlaşdırılır.

Dərnəgül ərazisində eyniadlı stansiyanın tikintisində məqsəd sərnişin daşımalarının səmərəliliyini artırmaqla yanaşı, Abşeron dairəvi marşrutu üzrə nəqliyyat xidmətlərinin daha geniş əhali təbəqəsi üçün əlçatanlığını təmin etməkdir.

Paylaş:
Tam mətni oxu →