Tam versiya
Ana səhifə CƏMİYYƏT Çimərliklərdə uşaqlar arasında infeksiya yayılıb? - Rəsmi
CƏMİYYƏT

Çimərliklərdə uşaqlar arasında infeksiya yayılıb? - Rəsmi


Sosial media resurslarında Abşeron Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsində çimərliklərdən gətirilən azyaşlılarda bağırsaq infeksiyası hallarında artım müşahidə olunduğu və bir uşağın bu səbəbdən vəfat etdiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Ekologiya.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

"Sözügedən şöbəyə edilən müraciətlər epidemioloji xarakter daşımır, kütləvi yoluxma qeydə alınmayıb və hər hansı ağır klinik hal müşahidə olunmayıb.

Məlumatı yayan şəxs isə xəstəxananın əməkdaşı deyil. Bir daha qeyd edək ki, yayılan məlumat tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır", - məlumatda bildirilib.

Qeyd edək ki, sosial mediada sözügedən xəstəxanada işlədiyini iddia edən tibb bacıları azyaşlılarda bağırsaq infeksiyası hallarında artım müşahidə olunduğu və bir uşağın bu səbəbdən vəfat etdiyi barədə xəbərlər yayırlar.

Paylaş:
Tam mətni oxu →