• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Partlaşıda dağıntılar altında qalan şəxsin həyat yoldaşı: “Başına dönərəm, nə olar, Zauru tapın” /VİDEO

    17

    yan

    Partlaşıda dağıntılar altında qalan şəxsin həyat yoldaşı: “Başına dönərəm, nə olar, Zauru tapın” /VİDEO

    Partlayış hərəni bir tərəfə atdı. Zaur da panellərin arasında qaldı. Zaurumu tapın, gətirin. Beş uşağı var”.

    Bu sözləri Binəqədi rayonunda sexdə baş verən partlayış zamanı dağıntılar altında qalan Zaur adlı şəxsin həyat yoldaşı söyləyib.

    “Burada olacağım heç ağlıma gəlməzdi. Hər dəqiqənin bir hökmü var. Nə olar, Zaurumu gətirin”, – o deyib.

    Qeyd edək ki, yaxınlarının verdiyi məlumata görə, Zaur mebel sexinin müdiri olub. O, partlayışın baş verdiyi gün maaşları vermək məqsədilə sexə gəlibmiş.

    Tarix : 17-01-2024, 09:47 | Oxunub: 2 167