• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Zəngilanda yanğın törədən şəxs SAXLANILDI

    11

    avq

    Zəngilanda yanğın törədən şəxs SAXLANILDI

    Zəngilan şəhəri ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan Ekologiya.az-a bildirilib ki, araşdırmalarla yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.

    Hadisə nəticəsində 5 min hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

    Əməli törədən V.Əlpənahov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

    Faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir

    Tarix : 11-08-2025, 09:23 | Oxunub: 2 176