Tam versiya
Ana səhifə CƏMİYYƏT Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunub
CƏMİYYƏT

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunub


Milli Hidrometeorologiya Xidmətinin  məlumatına əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə edilib, leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Xidmətdən Ekologiya.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 17, Zaqatala və Qaxda (Sarıbaş) 16 , Şahdağda 9, Balakəndə 8, Qrızda 7, Xınalıq, Gədəbəy, Lerik, Qəbələ, Quba, Tərtər, Mingəçevir, Beyləqan, Biləsuvar, İmişli, Ağdam, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xankəndi, Füzuli, Sabirabad, Cəfərxan, Neftçala, Şamaxı, Qobustan, Xaltan, Qusar, Oğuz, Daşkəsən, Tovuz, Ordubad, Şərur, Culfa, Naxçıvan, Yardımlı, Ağstafa, eyni zamanda, Bakıda və Abşeron yarımadasında 3 millimetrədək qeydə alınıb.

Avqustun 12-də Culfada şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti arabir saniyədə 21 metrədək güclənib.

Paylaş:
Tam mətni oxu →