Bu rayonlarda qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qəbələ, İsmayıllı və Quba rayonlarının inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.
Ekologiya.az bildirir ki, araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin Qəbələ rayonu Kiçik Pirəli kəndinin inzibati ərazisində həmin kənd sakini Cəsarət Məmmədov, Nic qəsəbəsinin inzibati ərazisində həmin qəsəbə sakini Enri Muradari, İsmayıllı rayonu Qaraqaya kəndinin inzibati ərazisində həmin kənd sakini Əziz Adıgözəlli, Quba rayonu Bad kəndinin inzibati ərazisində həmin kənd sakinləri Həzrət Baxışov, Marif Baxışov və Rustov kəndinin inzibati ərazisində həmin kənd sakini Əhməd Tağıyev olduğu müəyyən edilib.
Faktlarla bağlı adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.