Ana səhifə›
CƏMİYYƏT
›
Sabirabadda 2 tondan çox çətənə bitkisi məhv edilib
CƏMİYYƏT
Sabirabadda 2 tondan çox çətənə bitkisi məhv edilib
Ekologiya
AMP
Sabirabadda yabanı halda bitən 2 tondan çox çətənə bitkisi məhv edilib.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Ekologiya.ax-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində rayonun Cavad kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.Ümumi çəkisi 2 ton 250 kiloqram olan 2635 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.