• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DİN: Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

    16

    avq

    DİN: Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

    Avqustun 15-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Ekologiya.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 109, o cümlədən borclu şəxs qismində axtarışda olan 88 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

    Bundan başqa, avqustun 15-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

    Tarix : 16-08-2025, 13:25 | Oxunub: 1 504