Bu rayonlarda tullantıların qalaqlanaraq yandırılması faktları aşkar edilib
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Samux, Füzuli, Ağdaş, Cəbrayıl və Lənkəran rayonlarının inzibati ərazisində tullantıların qalaqlanaraq yandırılması faktları aşkar edilib.
Ekologiya.az bildirir ki, faktlarla bağlı müvafiq olaraq Samux Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin müdiri Mahir Əliyev və Füzuli rayonu Alxanlı bələdiyyəsinin sədri Nayib Əliyev barəsində vəzifəli şəxs qismində, Ağdaş şəhər sakini Ayxan Səlimov, Ağdaş rayonu Qoşaqovaq kənd sakini Nihad Qarayev, Lənkəran rayonu Sütəmurdov kənd sakini Şahin Rzayev və Şağlaser kənd sakini Elmar Nəcəfzadə barəsində isə fiziki şəxs qismində “İnzibati xəta haqqında Protokol” tərtib olunub və inzibati məsuliyyətə cəlb ediliblər.