• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • RETSİ-nin əməkdaşları tərəfindən region gəncləri ilə maarifləndirici görüşlər davam edir - FOTO

    18

    avq

    RETSİ-nin əməkdaşları tərəfindən region gəncləri ilə maarifləndirici görüşlər davam edir - FOTO

    Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən region gəncləri ilə maarifləndirici görüşlər davam edir

    Regionlarda yaşayan əhalinin ekoloji məsuliyyət hissinin artırılması, təbiətin qorunması ilə bağlı bilik və bacarıqların inkişaf etdirilməsi, xüsusən də gənc nəsildə davamlı həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.

    Növbəti görüşlər çərçivəsində Ağcabədi və Tovuz regional “ASAN xidmət” mərkəzlərində mütəxəssislər tərəfindən gənclərə, könüllülərə ətraf mühitin mühafizəsi, tullantıların düzgün idarə olunması, resurslara qənaət və s. istiqamətlərdə ətraflı məlumatlar verilib, müzakirə olunan mövzular ətrafında verilən suallar cavablandırılıb.

    Eyni zamanda, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində Ağdam rayonunda 50-dən artıq gəncə ətraf mühitin mühafizəsi və bu sahədə gənclərin rolu mövzusunda maarifləndirici məlumatlar verilib.

    Ekologiya.az


    Tarix : 18-08-2025, 19:00 | Oxunub: 2 536