Tam versiya
Ana səhifə CƏMİYYƏT DİN: Dövlət əmlakına zərər vuran şəxs barəsində tədbir görülüb
CƏMİYYƏT

DİN: Dövlət əmlakına zərər vuran şəxs barəsində tədbir görülüb


Paytaxtın Binəqədi rayonundakı avtobus dayanacağına zərər vurulması və ərazidəki antisanitar vəziyyətlə bağlı paylaşılmış görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Ekologiya.az-a bildirilib ki, dövlət əmlakına zərər vuran, ictimai yerdə antisanitar vəziyyət yaradaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxs saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

Paylaş:
Tam mətni oxu →