Tam versiya
Ana səhifə CƏMİYYƏT Sabirabadda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
CƏMİYYƏT

Sabirabadda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub


Avqustun 21-də Sabirabad rayonu Axıska kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Ekologiya. az-a bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Orxan Yordanidze tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb.

Əməli törədən O.Yordanidze barəsində məsuliyyət tədbiri görülüb.

Paylaş:
Tam mətni oxu →