Ana səhifə›
CƏMİYYƏT
›
Daha bir rayonda dəbdəbəli ehsan süfrələri LƏĞV EDİLDİ
CƏMİYYƏT
Daha bir rayonda dəbdəbəli ehsan süfrələri LƏĞV EDİLDİ
Ekologiya
AMP
Qubadan sonra Qusar rayonunda da dəbdəbəli ehsan süfrələrinin məhdudlaşdırılmasına başlanılıb.Ekologiya.az-ın məlumatına görə, bu barədəBizim.Media-ya Qusar şəhərindəki Mustafa Kasdal məscidinin imamı, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryəddin Rəhimxanov məlumat verib.Onun sözlərinə görə, ötən gün rayonda dini icma rəhbərlərinin, rayon veteranlar şurası sədrinin, yerli din xadimlərinin iştirakı ilə iclas keçirilib. İclasda yas sahiblərinə dəbdəbəli ehsan süfrələrini sadələşdirilmiş çay süfrələri ilə əvəzləmələrinin tövsiyə olunması qərara alınıb.Bununla bağlı əhali arasında maarifləndirmə işlərinin aparılmasına start verilib.