Tam versiya
Ana səhifə CƏMİYYƏT Beyləqanda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
CƏMİYYƏT

Beyləqanda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub


Beyləqan rayonunun Bolsulu qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Ekologiya.az-a bildirilib ki, araşdırmalarla yanğını 55 yaşlı Natiq Əliyevin törətdiyi məlum olub. Hadisə nəticəsində 6 hektar ərazidə biçilmiş əkin sahəsi yanıb.

Natiq Əliyev saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Paylaş:
Tam mətni oxu →