Tam versiya
Ana səhifə CƏMİYYƏT Avqust ayında zəhərlənənlərin statistikası açıqlanıb
CƏMİYYƏT

Avqust ayında zəhərlənənlərin statistikası açıqlanıb


Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 94 nəfər qəbul edilib.

Bu barədə AZƏRTAC-a KTM-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 30 nəfər dərmandan, 37-si sirkə turşusundan, 5-i həlledici məhluldan zəhərlənən şəxslərdir. Həmçinin 13 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm zəhərlənməsi səbəbi ilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 2-si qadın, 2-si kişi olmaqla, 4-ü dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu zəhərlənmələrindən qeydə alınıb.

Paylaş:
Tam mətni oxu →