Tam versiya
Ana səhifə CƏMİYYƏT Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb
CƏMİYYƏT

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb


Sentyabrın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 5 tüfəng, 1 patron darağı və 685 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Ekologiya.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

 

Paylaş:
Tam mətni oxu →