Ana səhifə›
CƏMİYYƏT
›
Sabirabadda qətl hadisəsi - saxlanılan var
CƏMİYYƏT
Sabirabadda qətl hadisəsi - saxlanılan var
Ekologiya
AMP
Sabirabadda 42 yaşlı şəxsin qətlində şübhəli bilinən şəxs tutulub.Ekologiya.az bu barədə Sabirabad Rayon Prokurorluğunun məlumatına istinadən xəbər verir.Qeyd olunur ki, sentyabrın 14-də saat 23 radələrində Sabirabad rayon sakini, 1983-cü il təvəllüdlü Rüstəm Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Araşdırma zamanı 1992-ci il təvəllüdlü Əli Əliyevin rayonun Moranlı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Rüstəm Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əli Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.İbtidai istintaq davam etdirilir.