CƏMİYYƏT
“Ecoguard” ekoloji maarifləndirmə düşərgəsinə start verilib - FOTO
Ədliyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin, "Coca-Cola" şirkətinin, "Ədliyyə Könüllüləri" İctimai birliyinin və "Gənc Könüllülər" İctimai birliyinin birgə təşkilatçılığı ilə “Ecoguard” ekoloji maarifləndirmə düşərgəsinə start verilib.
Açılış mərasimində ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov, ədliyyə nazirinin müşaviri Tağı Eynullayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri Cəmaləddin Quliyev, həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun Daxili Nəzarət və Monitorinq şöbəsinin müdiri Pərviz Mirələmli çıxış edərək layihənin məqsədləri, qarşıya qoyulan vəzifələr və iştirakçı gənclərin ekoloji sahədə bilik və bacarıqlarının artırılmasına yönəlmiş fəaliyyətlər barədə ətraflı məlumatlar verilib.