Ana səhifə›
CƏMİYYƏT
›
COP29-un Təşkilat Komitəsinin tərkibi dəyişib - YENİ SİYAHI
CƏMİYYƏT
COP29-un Təşkilat Komitəsinin tərkibi dəyişib - YENİ SİYAHI
Ekologiya
AMP
Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalanıb.Ekologiya.az xəbər verir ki, sərəncamla “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamının 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilir:“Təşkilat Komitəsinin sədriSamir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəriTəşkilat Komitəsinin üzvləri:Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş PrezidentiCeyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziriMikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziriVilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziriAnar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisiFərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiriEmin Əmrullayev – Azərbaycan Respublikasının elm və təhsil naziriHikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriKəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziriTeymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziriRəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziriArif Səmədov – Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisiPərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziriSamir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziriNigar Arpadarai – Azərbaycan Respublikası Milli Məclisinin deputatıŞahin Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədriVüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədriRuslan Əliyev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoruAygün Əliyeva – Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoruSəbinə Əliyeva – Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısıSevinc Fətəliyeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatıVüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisiİlhamə Qədimova – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müaviniAnar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədriElçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisiVüqar Qurbanov – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoruÜlvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədriSaleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədriZaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədriBahar Muradova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriZəkiyyə Mustafayeva – Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müaviniƏli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisiFuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədriBalababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidentiSamir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidentiFiruzə Sultanzadə – “EkoSfera” Sosial Ekoloji Mərkəzi İdarə Heyətinin sədriUmayra Tağıyeva – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müaviniMariana Vasileva – Azərbaycan Respublikası gənclər və idman nazirinin müaviniSəadət Yusifova – Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini.”.