CƏMİYYƏT
ETSN kollektivi şəhidlərin əziz xatirəsini yad edib
27 sentyabr - Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Nazirliyin rəhbərliyinin və kollektivinin iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub, yerli torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.