Tam versiya
Ana səhifə CƏMİYYƏT Nəsimi rayonunda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb
CƏMİYYƏT

Nəsimi rayonunda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb


Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatlar zamanı əvvəllər məhkum olunmuşlar - Məhəmməd Eminov və İsmayıl Vəliyev saxlanılıblar.

Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onların üzərindən ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitə olan tiryək, həşiş, marixuana, metamfetamin, habelə 35 ədəd psixotrop tərkibli metadon və pregabalin həbi aşkar olunaraq götürülüb.

Saxlanılanlar ifadələrində narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından satış məqsədilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı cinayət işləri başlanılıb. M.Eminovun və İ.Vəliyevin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Paylaş:
Tam mətni oxu →