• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DİN: 53 cinayətin açılması təmin edilib

    11

    okt

    DİN: 53 cinayətin açılması təmin edilib

    Oktyabrın 10-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, həmçinin həmin gün axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib, paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 5 tüfəng və 3 ədəd patron aşkar edilərək götürülüb.

    Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

    Həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 8 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

    Bundan başqa, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 8,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

    Tarix : 11-10-2025, 13:07 | Oxunub: 1 952